ABŞ-da iki ildir ki, davam edən Rusiya istintaqı yekunlaşıb.
Amerikada iki ildir, davam edən Rusiya istintaqını yekunlaşdıran müstəsna səlahiyyətli müstəntiq Robert Muellerin sənədləri Ədalət Nazirliyinə təqdim etdiyi bildirilib.
ABŞ Ədalət Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, ABŞ prezidenti Donald Trampın qazandığı 2016-cı il prezidentlik seçkilərinə Rusiyanın kiberhücumlar yolu ilə müdaxilə edib-etmədiyinin araşdırıldığı istintaqı aparan Mueller 2 ildir, davam edən istintaqı tamamlayıb və sənədləri ədalət naziri Vilyam Bara təqdim edib.
muavat.com