Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
İQTİSADİYYAT
10:48 01.10.2025
598

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol regionun ən böyük innovasiya tədbiri "INMerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır.

 

"PAŞA Holding”in təşkilatçılığı ilə 29-30 sentyabrda baş tutan sammit regionda innovasiyaların inkişafına töhfə vermək, ekosistemin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaq, startap və investorları bir araya gətirmək məqsədi daşıyır.


Tədbirin ikinci günündə "Trendyol”un dəstəyilə "Regional çempionların yüksəlişi: aparıcı e-ticarət şirkətləri sərhədləri necə aşır?" mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə iştirak edən çıxışçılar regional şirkətlərin müxtəlif bazarlardakı iş prinsipləri, lokal ekosistemə inteqrasiyaları və lokallaşma strategiyaları haqqında danışıblar.

 

‘’Trendyol’’un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil şirkətin yeni bazarlardakı strategiya və təcrübəsini bölüşüb.


‘’Biz fəaliyyət göstərdiyimiz hər bir bazarda müştərilərimizin gözləntilərini, vərdişlərini və üstünlüklərini anlayırıq və dəyərli təcrübələr yaratmaq üçün bu çox önəmlidir.

 

Məqsədimiz fəaliyyət göstərdiyimiz bazarlarda sadəcə satışlarımızı artırmaq yox, yerli ekosistemin aktiv bir hissəsinə çevrilmək və bazarın inkişafına töhfə verməkdir. Beləliklə də, əsas ölçü meyarımız fəaliyyət göstərdiyimiz ölkələrin sayı yox, aktiv və sadiq müştəri bazası, onların alış-veriş tezliyi və aldıqları xidmətə verdikləri rəydir. Məhz bu yanaşma ilə biz Azərbaycanda da fəaliyyət göstəririk və artıq 2,5 milyon istifadəçi qazanmışıq. Bu da ölkə əhalisinin 20 faizindən çoxunu əhatə edir”, - deyə İrəm Çağrı Yılandil əlavə edib.


Azərbaycan, Mərkəzi və Şərqi Avropa, Almaniya və Körfəz regionunda da genişlənən ‘’Trendyol’’un hazırda 250 mindən çox satıcı vasitəsilə 40 milyondan çox müştəriyə xidmət göstərir. Platformada 40 milyondan artıq məhsul mövcuddur.

 

Trendyol üçüncü ildir ki, əsas tərəfdaş və e-ticarət tərəfdaşı kimi INMerge Sammitinə qoşulur.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz yolu ilə hərəkətə qadağa qoyublar
19:46 20.07.2026
Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz yolu ilə hərəkətə qadağa qoyublar
Baş Qərargah: Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində qalır
19:25 20.07.2026
Baş Qərargah: Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində qalır
İranda məscidin imamına hücum edilib
19:16 20.07.2026
İranda məscidin imamına hücum edilib
Macarıstanda prezident postuna məşhur şahmatçı gətirilir
18:59 20.07.2026
Macarıstanda prezident postuna məşhur şahmatçı gətirilir
Ağdamda Özbəkistanın gənc şairi Şöhrət Arifin kitabının təqdimatı olub - FOTOLAR
18:47 20.07.2026
Ağdamda Özbəkistanın gənc şairi Şöhrət Arifin kitabının təqdimatı olub - FOTOLAR
Starmer Baş nazir postu ilə vidalaşıb: Mənim işim başa çatdı
18:45 20.07.2026
Starmer Baş nazir postu ilə vidalaşıb: Mənim işim başa çatdı
ABŞ ordusunda itkilər artır
18:34 20.07.2026
ABŞ ordusunda itkilər artır
Qalibaf: ABŞ müharibəni dayandırmaq istədiyini iddia edir, lakin bölgəyə yeni silahlar gətirir
18:21 20.07.2026
Qalibaf: ABŞ müharibəni dayandırmaq istədiyini iddia edir, lakin bölgəyə yeni silahlar gətirir
Sumqayıtda oğurluq edən şəxslər saxlanıldı
17:57 20.07.2026
Sumqayıtda oğurluq edən şəxslər saxlanıldı
Marketdən soyğunçuluq edən şəxs saxlanıldı
17:44 20.07.2026
Marketdən soyğunçuluq edən şəxs saxlanıldı
Əkiz uşaqlarda bu risklər daha yüksəkdir – Pediatr səbəbləri açıqladı
17:43 20.07.2026
Əkiz uşaqlarda bu risklər daha yüksəkdir – Pediatr səbəbləri açıqladı
Daha bir ərazidə böyük söküntü - mülkiyyət sahiblərinə kompensasiya ödənilir
17:36 20.07.2026
Daha bir ərazidə böyük söküntü - mülkiyyət sahiblərinə kompensasiya ödənilir
Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?
17:27 20.07.2026
Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?
Türkiyədə “Ahbap” istintaqı: Bəs Azərbaycanda toplanan yardımlara kim nəzarət edir?
17:17 20.07.2026
Türkiyədə “Ahbap” istintaqı: Bəs Azərbaycanda toplanan yardımlara kim nəzarət edir?
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
17:13 20.07.2026
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
17:06 20.07.2026
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu