TRT-1-in Azərbaycanda yayımı bərpa olunur

TRT-1-in Azərbaycanda yayımı bərpa olunur
MEDIA
17:44 27.12.2016
1284
Azərbaycanda TRT-1 telekanalının yerüstü rəqəmli yayımı, böyük ehtimalla, 2017-ci ilin yanvar ayında bərpa olunacaq.
Bunu APA-ya TRT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan deyib. O bildirib ki, TRT, Azərbaycanın Milli Televiziya və Radio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında telekanalın yerüstü rəqəmli yayımının bərpası istiqamətində müzakirələr aparılır: "Demək olar ki, bütün məsələlər həll olunub, sadəcə, kağız üzərində bir sıra məqamlar var ki, onlar da həllini tapmalıdır. TRT-1 Azərbaycanda yayımına icazə verilən yeganə xarici telekanaldır. Biz nəyin bahasına olursa-olsun, Azərbaycanda TRT-1-in yayımlanmasına davam edəcəyik. Bizim bu istiqamətdə iradəmiz çox güclüdür. 2017-ci ildə rəqəmli yayım üçün lazım olan rüsum TİKA, 2018-ci il üçün isə TRT tərəfindən ödəniləcək".
 
Qeyd edək, rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə TRT-1 telekanalının Azərbaycanda yayımı dayandırılıb.
 
Xatırladaq ki, TRT-1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu