Müdafiə Nazirliyinin Qaraheybətdəki Təlim-Tədris Mərkəzində ölüm hadisəsi baş verib.
Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Tədris Mərkəzində elektrik işləri aparan Anar Zəkəliyevi elektrik cərəyanı vurub və o, hadisə yerində keçinib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.