Tümendə sənaye müəssisəsinə PUA-larla hücum edildi

Tümendə sənaye müəssisəsinə PUA-larla hücum edildi
DÜNYA
18:40 10.08.2026
154
Rusiyanın Tümen vilayətində sənaye müəssisələrindən birinin ərazisinə bir neçə pilotsuz uçuş aparatının düşməsi nəticəsində yanğın baş verib.

Bu barədə Tümen vilayətinin qubernatoru Aleksandr Moor məlumat verib.

Onun sözlərinə görə, hadisə yerində fövqəladə hallar xidmətləri işləyir və vəziyyət onun şəxsi nəzarətindədir.

Ukraynanın OSINT monitorinq resursları isə hədəfin Tümen neft emalı zavodu ola biləcəyini yazır.

Qeyd olunur ki, zavod iyun və iyulun sonlarında da PUA hücumlarına məruz qalıb. Müəssisə Ukrayna sərhədindən 2 min kilometrdən çox məsafədə, Qərbi Sibirdə yerləşir.

Tümen NEZ Rusiyanın iri müstəqil neft emalı müəssisələrindən biri hesab olunur və ildə təxminən 7,5–9 milyon ton neft emal etmək gücünə malikdir. Zavod əsasən Qərbi Sibir və Ural bölgələrini benzin və dizel yanacağı ilə təmin edir.
 
///APA
OXŞAR XƏBƏRLƏR