Tunay: Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, varsa çıxsın ortaya - MÜSAHİBƏ

MAQAZİN
12:13 29.12.2016
38280

AZXEBER.COM-un müsahibi 2 ildir Türkiyədə yaşayan və orada təhsil alan azərbaycanlı aktrisa və aparıcı Tunay Əliyevadır.  

- Tunay, neçə vaxtdır ki, yoxa çıxmısan. Əvvəl həm efirin, həm sosial şəbəkələrin fenomeni idin. Nə baş verir?

- Artıq iki ilə yaxındır ki, İstanbula köçmüşəm. İndi artıq unudulmuşam deyirsiniz? (gülür) 

- Səncə Azərbaycanda unudulmaq asandı yoxsa tanınmaq?

- Məncə bir xanım qarşısına məşhur olmaq məqsədi qoyarsa, nəinki Azərbaycanda, dünyanın harasında olursa olsun bunu asanlıqla edə bilər. Ancaq əsas bunu necə və hansı yol ilə etməsidir. Unudulmağa gəldikdə isə elə adamlar unudulub ki, mən kiməm ki onların yanında. 

- Bir qadın üçün tanınmaq asandır dedin. Bəs sən bir xanım olaraq Azərbaycanda hansı yolnan tanınmısan?

- Mən Azərbaycanda 8-ə yaxın televiziya layihəsinin aparıcısı olmuşam. İki filmdə baş rol, bir serialda bir il boyunca baş rollardan birini oynamışam. Ancaq ilk dəfə ANS kanalında "Zərif çərşənbə” verlişi ilə tanındım. Daha sonra "Space" kanalında hava haqqında məlumatı fərqli təqdim etməyimlə məşhurlaşdım. Bu məni tamaşaçılara daha da sevdirdi.



- Tunay, bəzi aparıcılar var ki, elə sən dediyin hava haqqında xəbərləri, hansısa şou verilişlərini apara-apara yüzminlik avtomobillər idarə edir və bu da cəmiyyətdə birmənalı qarşılanmır. Səncə onlar bu qədər pulu necə qazanır?

- Vallah sağlığlarına qismət deyirəm, bilmədiyim, görmədiyim bir şey haqqında nə deyə bilərəm ki? Yox, mənim yüzminlik maşınım olmayıb, balaca qırmızı bir maşınım var idi, onu da İstanbula köçəndə satdım. Azərbaycanda elə məşhurlar var ki, özlərinə 1 nömrə deyirlər, kirayədə yaşayıb, yüzminlik maşın sürürlər. Şükürlər olsun ki, mənim iki - üç evim var. Mən evi olmadan maşın və geyimə pul xərcləyənləri başa düşmürəm. Axı bu göstəriş kimə lazımdır? Bu məncə kompleksdi, gərək o adamlar psixoloqa getsinlər.

- Ümumiyyətlə. səncə bu gün Azərbaycanda irəli getmək üçün nə lazımdı?

 - Nəinki Azərbaycanda, əgər istedadın varsa harda olursan ol, irəli gedəcəksən. İstedadla yanaşı səbr və çox işləməklə istədiyinə nail olmaq olar. Bir də məncə bu alın yazısısdır.

- Ancaq faktdır ki, nə qədər istedadlı insan efirdən kənar qalır...

- Bəli, acı da olsa bu gerçəkdir. Amma nə etmək olar, belə hallar da var. Efirin istedad istədiyini sizə kim dedi? Efir reytinq və gündəm istəyir, efirin istedadla əlaqəsi yoxdur artıq. Bu gerçəyi siz də bilirsiniz, mən də.


 

- Azərbaycanda sponsor anlayışı fərqli anlaşılır. Çoxları üçün sponsor sevgili deməkdir. Xüsusən də belə "sponsorlar" efirə çıxan qızlara sahib olmaq istəyir. Sən belə halnan qarşılaşmısanmı?

- İstedadlı insanlara hansısa şirkət və ya iş adamları tərəfindən mütləq dəstək lazımdır. Təəssüf ki, bu da çox vaxt həmin istedadlı insana baha başa gəlir. Normal həyatda qarşılaşmışam, amma aparıcısı olduğum verlişlər həmişə reytinqli olduğu üçün belə bir hal ilə rastlaşmamışam. Əgər qarşılaşsaydım, məni tanıyanlar bilir ki, açıq sözlü adamam və bunu açıq deyərdim. Ancaq heç bir televiziya rəhbəri tərəfindən özümə əxlaqsız təklif görməmişəm. Bunun səbəbi isə istedadli olmağım və televiziya rəhbərinin istədiyi reytinqi ona verməyi bacarmağımdır. Məncə bu təklif daha çox istedadsız insanlara edilir. Çünki, o insanın efirə çıxması üçün istedadı yoxdursa, o zaman sponsor başqa bir şey təklif edəcək.

- Əslində, bu mövzuda tam səmimi olmadığını düşünürəm. Keçək başqa suala, bayaq dedin ki. 2 ildir İstanbuldasan. Nə işlə məşğul olursan Türkiyədə?

- Səmimi olmadığım məqam hansıdır sizcə?

- Mən düşünmürəm ki, sevgili olmaq təklifi yalnız istedadsız insanlara gəlir. Cəmiyyətdə elə şəxslər var ki, onlar efirdə gözəl qız görən kimi ona talib olurlar, bu istedada baxmır

- Bu tamam başqa mövzudur axı. Efirdən görüb aşiq olmağı deyirsinizsə burda qeyri-adi nə var ki, bu normaldır.

- Bəli, söhbət televiziya rəhbərlərindən getmir. Burada qeyri- adi olan odur ki, o adamlara yox deyən həmin şəxslər bir müddət sonra efirdə də görünməməyə başlayırlar.

- Xeyr, sizinlə razı deyiləm. Onlar kriminal avtoritet filandırlar ki, kimisə efirdən uzaqlaşdırsınlar? Bu yalnış düşüncədir. Siz deyirsiniz cəmiyətimizdə belə psixopatlarla doludur ki? Bu nadir olan şeylərdi, məncə mən belə şeylərlə rastlaşmamışam şəxsən, heç eşitməmişəm də.

 


- Qayıdaq bayaqki suala. İstanbulda nə işnən məşğulsan iki ildir?

- İstanbulda oxumağa gəldim. İlk təhsilim hüquqdur və burada hazırda Türkiyənin böyük sənətkarı Ala Alqandan aktyorluğun sirrlərini öyrənirəm. Türkcə diksiyamı düzəldirəm. Özümü burda sınayacağam. Görek istedadıma burda qapılar açilacaqmı? (gülür)

- Amma məncə Türkiyədə də irəli getmək üçün kiminləsə sevgili olmalısan...

 - Vallah nə deyim mən belə şeylə Azərbaycanda rastlaşmamışam. Ümid edirəm burda heç rastlaşmaram. Çünki burda sistem tamamilə fərqlidir. Baş rolda oynayan aktyorlar ayda 30-40 min dollar qazanırlar. Onları prodakşın şirkət seçir və reytinqin hesabına şirkətə pul gəlir. Sizə bütün sistemi dedim artıq. Ümid edirəm düşüncəniz dəyişəcək bundan sonra. Bu bir sənət olmaqdan əlavə böyük biznesdir.

- Səncə sən nə vaxtsa aya 30-40 min dollar qazana biləcəksən? Məncə bu günə qədər heç bir azərbaycanlı Türkiyədə aya o qədər pul qazanmayıb...

- Burda çəkən də, çəkilən də qazanmaq istəyir. Mən qazana bilərəm, çünki buna potensialım var. Çünki heç bir məşhur türk kolleqamdan nə görünüş, nə də bacarıq olaraq əksikliyim yoxdur. Hətda bəzilərinə aktyorluqdan master-klass da keçərəm.

 

 

- Tunay, puldan söz düşmüşkən, bir müddət öncə müsahibəndə demişdin ki, pul üçün hər şey edərsən. Yenə belə düşünürsən?

 - Onu elə deməmişdim. Demişdim ki, qorxuram ehtiyac üzündən pul üçün hər şey edim. Bu yalnış anlaşılmışdı. Mən pul üçün hər şey edən qıza oxşayıram? Mənim təhsilim, maddi durumum şükürlər olsun ki, yerindədir. Nə kiminsə puluna, nə də başqa şeyə ehtiyacım yoxdu. Lazım olsa mən kiməsə sponsor olaram (gülür)

- Bir də demişdin ki, Azərbaycanda ərinə xəyanət etməyən kişi yoxdur, səncə kişilər nəyə görə xəyanət edirlər, kim onları yoldan çıxarır?

- Bəli demişdim və bu gün də sözümün arxasındayam ki, Azərbaycanda arvadına xəyanət etməyən kişi yoxdur, əksini sübut edən varsa, çıxsın ortaya. Kişilərimiz sadiq deyillər və sadiq olanları da məsğərəyə qoyub öz aralarında ələ salırlar. Sanki qadınına xəyanət etməyən kişi kişi deyil. Bu nə psixologiyadır, hələ də anlaya bilmirəm. Bir daha deyirəm ki, əksini deyən varsa çıxsın qarşıma mən sözümün arxasındayam.

- Neyniyəcəksən əksini deyənə?

- Suallarım olar da ona yəqin. Arvadına xəyanət etməyən kişiyə bizim kişilər çox pis baxır. Bu faktdır.

- Tunay, səncə azərbaycanlı bəzi qızlar nəyə görə türk oğlanlara meyllidir? Nə görüblər onlarda?

- Sözün açığı o gün bir dostumla buna görə mübahisə etdim və münasibətimizi bitirib masadan qalxıb getdim. Söhbət belə oldu: Dostum mənə gülə-gülə dedi ki, "yaxşı ki, bu türk oğlanları var, yoxsa bizim tərbiyəsiz, heç kim almayan qızlarımızı kim alardı?" Mən də dedim ki, sizin küçələrə salıb, bakirəliyini pozub əxlaqsız etdiyiniz qızları türklər alıb həyat yoldaşı, ana edirlərsə siz onlara minnətdar olmalısınız. Həyatını korladıqlarınızı onlar ana edir, ailə edir, çoxda gözəl yaşayırlar. Məncə bu cavab düşündürməlidir.


- Bəs sənin həyatında kimsə var indi?

 - Mənim həyatımda təhsilim və işim var. Hələ karyeram haqqında fikirləşirəm...

- Tunay, səncə bizim qızlar necə həyat yoldaşı istəyir?

 - Məncə ailəsinə sadiq olan, işinin nə olmasından asılı olmayaraq qazancını ailəsinə xərcləyən kişi hər bir qadının xeyalıdır. 

- Nə vaxtsa özünü yenidən Azərbaycan televiziyalarında görürsən? Yoxsa artıq bitirmisən bu məsələni? 

- Yox, niyə ki təhsilimi bitirdikdən sonra vətənimə dönəcəç. Əlbəttə ki, mən Bakısız yaşaya bilmərəm və mütləq televiziyalarımızın birində işə başlayacam. Deyəsən darıxmısımız?

- Efirdə yox, sosial şəbəkədə olmayanda darıxırıq sənin üçün. Sosial şəbəkədən söz düşmüşkən bir vaxt demişdin ki, sənə inboxa yazanların mesajlarını yayacaqsan. Nə oldu o işin axırı?

 - Vallah bir idisə, min oldular. Bilmədim hansını yayım, mən də asan yolunu tapdım, onları iqnor etdim.



 

- Cəmiyyətdə ciddi şəxs kimi qəbul olunanlar da çox vaxt "facebook"da qızlara "podxod" edir

- (Gülür) Bu həyatda məsələ gözəl qadın olanda ciddi heç nə qalmır. 

- Yəni deyirsən ki, istənilən kişini yoldan çıxara bilərsən...

 - Sınamamışam, ancaq məncə belə bir potensialım var.

- Tunay, bizdə bir şey də var ki, hətta ən əxlaqsız qızlar belə sosial şəbəkələrdə özlərini mələk kimi aparırlar. Yəni çoxları göründüyü kimi deyil, səmimiyyət çatışmır. Səncə bu nəylə bağlıdır?

- Məncə bizim cəmiyyətdə əxlaqsızlıq bəzi beyinlərdədir, kiminsə əxlaqından bizə nə. Bacımızdı? anamızdı? nəyimizdi axı? Hər kəsin öz həyatı var və özü-özünə yol seçib

- Yəni dediyim odur ki, əxlaqsız belə özünü tam sərbəst şəkildə əxlaqsız kimi təqdim edə bilmir.

- Özü bilər necə yaşayır. Bəs mən də deyirəm də nə vaxt kimi biz insanların həyatı ilə türklər demişkən uğraşmağı bıraksak o zaman hər kəs necə varsa elə görünəcək. Məni şəxsən maraqlandırmır bu cur mövzular. Çox qəribə suallar verdiniz bu gün, beynim qarışdı, psixologiyam pozuldu, sizi bağışlamayacam (gülür)



 

- Həyatda elə bil səhvin olub ki, ona baxıb həzz almısan? Demisən ki, səhv olsa belə yaxşı edib etmişəm bunu.

 - Hə olub. Bikinidə etdiyim fotossessiya. İndi fikirləşirəm ki, yaxşı edib etmişəm, əcəb etmişəm. Əlimin içindən gəlib.

- Sən niyə həzz alırsan ki öz şəkillərindən?

 - Sevirəm də özümü, nə edim (gülür)

- Bəs nə vaxtsa kiminsə bədbəxtçiliyinə sevinmisən?*

- Əsla. Amma mən heç vaxt unutmayacam.

- Bəs kiminsə bədbəxt olmasını arzulamısan?

- Mənim qəza xəbərim yayılanda altından sevinə-sevinə yaxşı oldu yazan insanları bağıslamayacam. İnsan qəzaya sevinməz. Çünki bundan heç kimin balası siğortalanmayıb. Heç kimə bədbəxtçilik arzulamamışam, çünki mənə pislik edənlər onsuz da bədbəxt adamlar olub. Arzulamağa ehtiyac qalmayıb.

- Son olaraq oxucualarımıza nə demək istəyirsən?

- İkinci dəfə həyata gəlsəydiniz kim olardınız? (gülür)
Xanımlarımıza sağlamlıq, övlad sevgisi və başlarını rahat qoya biləcəkləri kişi çiyni. Kişilərimizə isə çoxlu pul arzulayıram və onlardan xahiş edirəm ki, xanımlarına sadiq olsunlar. Bu qədər. Təşəkkür edirəm. Bir də deyim ki, sizin saytı mütəmadi oxuyuram. 

 




 

 


 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq