Tuneldə avtobus qəzası – Foto

Tuneldə avtobus qəzası – Foto
Bütün Xəbərlər
11:29 30.10.2014
1038
Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəza törədib.
AZXEBER.COM Movqe.az-a istinadən xəbər verir ki, Binəqədi-"Gənclik" metrostansiyası istiqamətində hərəkət edən 133 saylı avtobus Azadlıq prospektində tuneldə hərəkət edərkən bardürə çırpılıb.Yüksək sürətlə hərəkət edən avtobus daha sonra qarşıda hərəkət edən avtomobilə çırpılıb. Nəticədə zəncirvari qəza baş verib. Qəzadan təşvişə düşən sərnişinlər avtobusdan boşaldılıb.
Xatırladaq ki, bu 133 saylı avtobusda son günlər baş verən ikinci qəza hadisəsidir. Ötən ay bu xətin sürücüsü Valid Məmmədov iki piyadanı vurmuşdu. Nəticədə sərnişinlərdən birinin, Samir Həsənovun dalağını çıxarıblar, qabırğaları sınıb, ciyəri dağılıb.
OXŞAR XƏBƏRLƏR