Tunis, Misir indi də Əlcəzair...

Bütün Xəbərlər
20:14 12.02.2011
1676

Bu gün Əlcəzair müxalifəti hakimiyyətin dəyişdirilməsi tələbi ilə etiraz yürüşü keçirməyi planlaşdırır. Müxalifətçilər və hüquq müdafiəçiləri hakim rejimin dəyişidirilməsi, həyat şəraitinin və vətəndaş azadlıqlarının yaxşılaşmasını tələb etmək istəyirlər. Aksiya iştirakçıları həmçinin ölkədəki fövqəladə vəziyyətin ləğvini və nümayişlərdə iştiraka görə saxlanılan insanların sərbəst buraxılmasını tələb edəcəklər.

Əlcəzair rəhbərliyi isə paytaxta minədək əlavə polis yeridib. Müxalifət lideri Səid Sədinin sözlərinə görə, ölkə rəhbərliyi yürüşə regionlardan da insanların qoşulmasına imkan verməmək üçün paytaxtı mühasirəyə alıb. Qatarların və digər ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Fövqəladə vəziyyət yarana biləcəyindən ehtiyatlanan sakinlərin isə ərzaq tədarükü gördüyü bildirilir.
“Frans Press” agentliyi xəbər verir ki, yanvarın ortalarından Əlcəzairdə hökumətə etiraz olaraq dörd nəfər özünü yandıraraq qəsd edib.

OXŞAR XƏBƏRLƏR