Tünzalə Ağayeva indi də məktəb açdı

MAQAZİN
17:12 27.09.2012
2266
Əməkdar artist Tünzalə Ağayeva “Menar” adlı məktəb açıb.
Azxeber.com-un 525.az-a istinadən verdiyi məlumata görə, zəka imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulan məktəb 4-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Məktəbin təsisçisi Tünzalə Ağayeva “Menar”ın uşaqların riyaziyyatla bağlı problemlərini tez bir zamanda həll etməsinə köməkçi olacağını bildirib. 
Müğənni yeni işinin sənətində maneçilik törətməyəcəyini deyib: “Menar” ilk dəfə Yaponiyada açılıb. Mənə isə Türkiyə təmsilçiləri Bakıda da belə bir məktəb açmağı təklif etdilər. Müqavilə bağladıq və hüquqlarını aldım. Bir müddətdən sonra “Menar”ın şöbələrini açacam. Amma bu, sənətimə təsir etməyəcək. Böyük layihələr hazırlayıram. Oktyabrın sonunda Avstriyada böyük bir tədbirdə çıxış edəcəyəm”.
Qeyd edək ki, məktəbin açılış mərasimində millət vəkili Qənirə Paşayeva, müğənni Samirə, modelyer Gülnarə Xəlilova və digər tanınmış simalar iştirak edib.

OXŞAR XƏBƏRLƏR