Tural Abbaslının həbsinin ev dustaqı ilə əvəzlənməsi üçün müraciət olunub

Bütün Xəbərlər
13:53 11.05.2011
1756

Vəkil deyib ki, T.Abbaslının barəsində seçilmiş 2 aylıq həbs qəti-imkan tədbirinin 1 ayı mayın 2-də sona çatıb: “Buna kimi hazırki vəsatətlə çıxış etmirdik. Səbəb də bu idi ki, adətən belə vəsatətlər veriləndə istintaq orqanı bir qayda olaraq məhkəmədə təqsirləndirilənin ev dustağı olduğu zaman istintaqın gedişinə təsir edəcəyi arqumentindən istifadə edir. Məhkəmə də bunu əsas gətirərək həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzləmir. Indi isə itintaq ona çatıb. İş məhkəməyə göndəriləcək. Bu müddətdə Tural Abbaslının həbsdə saxlanılmasının heç bir məntiqi əsası yoxdur”.    
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqdə tutulan Tural Abbaslı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsinə qərar verib. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) günahlandırılır. //musavat.com

 

OXŞAR XƏBƏRLƏR