Tural Abbaslı feministlərdən danışdı: "Bu cür aksiyalar təşkil etmək lazımsızdır"

SOSİAL
15:38 09.03.2021
2913
Xəbər verdiyimiz kimi, martın 8-i bir qrup feminist Bakının mərkəzində icazəsiz aksiya təşkil etməyə cəhd edib. Aksiyanın qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb olunub, nəticədə feministlər həmin ərazidən uzaqlaşdırılıb. 

AZXEBER.COM feministlərin icazəsiz aksiyası ilə bağlı Ağ Partiya sədri Tural Abbaslının mövqeyini öyrənib.
 
Partiya sədri bu cür aksiyaları mənfi qarşıladığını və lazımsız olduğunu bildirib:

"Mən bu hadisəyə iki konseptdən yanaşacam. Birincisi ölkədə pandemiya dövrünün davam etdiyi bir vaxtda şəhərdə kütləvi toplaşma təşkil etməklə karantin qaydalarını pozmaqla yanaşı bu, yoluxma hallarının artımına səbəb ola bilər. Məlumdur ki, bütün dünya hazırda pandemiyayla mübarizə aparır, belə vaxtda bu cür aksiyalar təşkil etmək lazımsızdır.
 
İkinci isə feministlərin tələb etdiyi qadın azadlığı məsələsidir. Onu deməliyəm ki, Avropa ilə müqayisə etdikdə Azərbaycanda da qadın hüquqları qorunur. Hətta Şərqdə qadına ilk seçki hüququnun verildiyi ölkənin Azərbaycan olduğu da məlumdur. Bu baxımdan da bu cür aksiyalara lüzum yoxdur".

Tural Abbaslı öz fikirlərinə bunları da əlavə edib: "Gender bərabərliyi olmur, kişi və qadın hüquqlarının müdafiəsinin bərabərliyi olur. Yəni, hüquqların müdafiəsi dedikdə bunların eyni olduğunu düşünürəm".
 
Aydın Nuri,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb