“İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək” kampaniyasının təşkilatçılarından olan Turan İbrahimov Qafqazinfoya açıqlamasında bildirib ki, martın 11-də elan olunan çağırışa dəstək verməməklə gənclər İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək oldular: “Martın 11-i baş verən, daha doğrusu baş verməyən “11 Mart Böyük Xalq Günü” bir daha onu sübut etdi ki, Azərbaycan gəncliyi xarici ünsürlərin təsirlərinə məruz qalmış bir ovuc özünübilməz “Facebook” istifadəçisindən ibarət deyil! Həmçinin yaşananlar onu da sübut etdi ki, “ Facebook”-da guya “Böyük Xalq Gününü” dəstəkləyənlərin minlərlə olması da, sabun köpüyündən başqa bir şey deyilmiş! Və Azərbaycan gəncliyi İlham Əliyev ilə sabitliyə və inkişafa səmimi qəlbdən dəstək verir. Heç bir qüvvə onların mövcud olan ayıq-sayıqlığını əllərindən almağa qadir deyil!”.