'Turan' agentliyi növbəti dəfə yalan məlumat yaydı

MEDİA
16:40 01.08.2013
3576
Prezident İlham Əliyevin ötən axşam Moskvaya qəfil səfərə getməsi ilə bağlı məlumatlar yayılıb. 
“Turan” agentliyinin yaydığı xəbərə görə, ölkə başçısı iyulun 31-də gecə Moskvaya xüsusi səfərə gedib. Xəbərdə bildirilir ki, Prezident Moskvanın tam mərkəzində, Kremldən iki addım məsafədə yerləşən Lotte Hotel-də yerləşib.
Məlumatda həmçinin Azərbaycan prezidentinin Rusiyanın baş naziri Dmitri Medvedevlə qeyri-rəsmi görüş keçirdiyi bildirilir.
Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Azərbaycanın Prezident Administrasiyası ilə əlaqə saxlayıb. Prezidentin mətbuat xidməti əməkdaşımızın sorğusuna “bizdə belə bir məlumat yoxdur” deyə cavab verib.
OXŞAR XƏBƏRLƏR