Turan Ibrahimov: "Heydər Əliyev xalqımızın ulu öndəri və ilham mənbəyidir"

Turan Ibrahimov: "Heydər Əliyev xalqımızın ulu öndəri və ilham mənbəyidir"
Bütün Xəbərlər
09:41 26.06.2011
1596
Əslində, bu fikiri formalaşdıranların şüurlu şəkildə buna getdikləri, bu yolla sanki öz uğursuzluqlarının qisasını aldıqları təssüratı da yaranır. Məsələ burasındadır ki, radikal müxalifət tərəfdarları hər vəchlə müasir Azərbaycan Respublikasının qurucusu, müasir dövlətçilik ənənələrimizin banisi ulu öndər Heydər Əliyevi inkar etməyə çalışır, onun müasir tariximizdəki danılmaz rolunu kölgələməyə cəhd göstərirlər”. Bu fikirləri keçmiş teleaparıcı Turan İbrahimov deyib. Onun sözlərinə görə, bu fikri səsləndirən şəxslər Məmməd Əmin Rəsulzadəni və digərlərini alternativ lider kimi təqdim edərək, bütün bu real tarixin, gerçəklərin üzərindən sükutla keçəcklərini düşünürlər: “Onların bu halı olduqca gülünc görsənir. Hətta, başını quma soxaraq gizlənməyə çalışan dəvəquşuna bənzədiklərinin belə fərqində deyillər. Heç kim inkar etməz, edə bilməz ki, Rəsulzadə və ətrafındakı bir qrup ziyalı Şərqdə ilk demokratik respublikanı qurublar. Həmin o dövlət bütün xalqımızın qürur səbəbi və fəxarət hissi ilə xatırladığı bir reallıqdır. Heç kim nə o tarixi reallığı, nə də o reallığı ortaya çıxaran şəxsləri inkar etmir. Onlar öz laiqli qiymətlərini, istər tarix tərəfindən, istərsə də xalqımız tərəfindən yetərincə alıblar.

Lakin unutmaq olmaz ki, həmin dövlət, AXC keçmişdə qalmış bir şanlı tarixdir. Necə ki, Ağqoyunlu dövləti kimi, Səfəvilər dövləti kimi və s. Doğrudur, müasir Azərbaycan Respublikası məhz AXC-nin varisi elan edilib. Bu fakt özü belə AXC-nə verilən önəmin, onu quran şəxslərin tariximizdəki müstəsna rolunun bütün dünyaya elanıdır...

OXŞAR XƏBƏRLƏR