"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.
Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.
Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
///report///











































