TuranBank beynəlxalq mükafata layiq görülüb

TuranBank beynəlxalq mükafata layiq görülüb
İQTİSADİYYAT
16:05 05.09.2025
1567
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank, Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan "11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025” (11th Trade and Supply Chain Finance Program Awards 2025) çərçivəsində "Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi” (Best SME Deal of the Year) nominasiyasının qalibi elan edilib.

Mükafat 02 sentyabr 2025-ci il tarixində Sinqapurda keçirilən rəsmi tədbir zamanı təqdim olunub. 

Qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən təşkil olunan bu nüfuzlu müsabiqədə müxtəlif ölkələrdən olan bankların ticarət və təchizat zənciri maliyyələşməsi sahəsində həyata keçirdikləri layihələr, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində atdıqları addımlar və innovativ yanaşmaları hərtərəfli təhlil edilərək qiymətləndirilib. TuranBank-ın bu prestijli mükafata layiq görülməsi, Bankın KOS sektorunun inkişafı istiqamətində atdığı səmərəli və davamlı addımların, eləcə də beynəlxalq maliyyə institutları ilə uğurla həyata keçirdiyi strateji tərəfdaşlıqların bariz nümunəsidir.

Məlumat üçün bildirək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Blue Orchard İnvestisiya Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
 
TuranBank
Bizimlə etibarlıdır...
 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib