Türk iş adamları Tolqa Şahinin iddialarına cavab verdilər: "Belə bir adam İdarə Heyətimizdə heç vaxt olmayıb"

Türk iş adamları Tolqa Şahinin iddialarına cavab verdilər: "Belə bir adam İdarə Heyətimizdə heç vaxt olmayıb"
İQTİSADİYYAT
19:13 06.11.2025
547
Son günlər Azərbaycanda bir türk iş adamının adı çox hallanmaqdadır. Sosial mediada radikal çıxışları ilə gündəmə gələn Tolqa Şahinin Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədr müavini olması iddiası bu şəxsin açıqlamalarına diqqəti xüsusilə artırır.

Bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ilə əlaqə saxladıqda, ATİB sədri Mürsəl Rüstəmov belə bir müavin və ya İdarə Heyəti üzvünün olmadığı bildirdi: "ATİB İdarə Heyətində belə bir şəxs təmsil olunmayıb və olunmur”.

Digər türk iş adamları birliklərinin də rəsmi internet saytlarında bu şəxsin hansısa rəhbər vəzifədə olmadığı görünür. Bəs kimdir Tolqa Şahin?

Hazırda Azərbaycanda fəaliyyət göstərən türk iş adamları bu şəxslin Azərbaycanda olduğu iki il ərzində beş şirkət qurub və hər birinin də ayrı-ayrılıqda sektorda problemli şirkətlər olduqlarına diqqət çəkdilər:

* "Arenol Group” MMC
* "Prefabrik” MMC
* "A Frame” MMC
* "Lenora” MMC
* "Tikinti Materiall” MMC

Maraqlısı budur ki, iki ildə beş şirkət quran Tolqa Şahinlə bağlı rəy olduqca mənfidir. Belə ki,  Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə yüzlərlə insana zərər verdiyi və bu əməllərinin məhkəmələr tərəfindən sübut olunduğu bildirilir. Türk iş adamlarının sözlərinə görə, gördüyü bütün işlərini yarımçıq qoyub, aldığı ödənişləri mənimsəyib, işçilərinin əmək haqlarını ödəməyərək, yüzlərlə insanı aldadıb.

Tolqa Şahinin Bakı Abadlıq Xidmətinə qarşı iddialarına gəlincə, türk iş adamları bu barədə də Tolqa Şahinin manipulyasiya etdiyi qənaətindədirlər. Belə ki, əlindən alındığını iddia etdiyi Zabratda yerləşən emalatxana binası 180 000 AZN borcu qarşılığında Tolqa Şahin tərəfindən müqavilə ilə "Qardaşlar Prefabrik” şirkətinə təhvil verilib. Lakin Sabunçu Rayon məhkəməsi bu satışı etibarsız sayaraq məhkəmə qərarı və icra yolu ilə binanı 614 000 AZN borcu qarşılığında "Gənclik 94” adlı şirkətə verib. Yəni, bütün prosses hüquqi müstəvidə olub və buna səbəb də yenə Tolqa Şahinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi olub.

Türkiyənin sabiq səfiri Cahid Bağcının onun fabrikinin açılışına qatılmasından manipulyasiya cəhdi də, on minlərlə işçisinin olması, evindən üç ağır silah tapılmasına rəğmən sərbəst buraxılması da, ölkədən qayıqla qaçması da bu şəxsin etdiklərini ört-basdır etməsi kimi qiymətləndirilir. Eyni zamanda onun müxtəlif şəxslərə qarşı şəhid ailələrindən və qazilərdən istifadə etmə cəhdi də etdiyi gələn məlumatlar arasındadır.

Maraqlı məqamlardan biri də budur ki, Tolqa Şahinə qarşı açılmış onlarla məhkəmə işi olmasına baxmayaraq, onun özünün zərərçəkənliyinə dair rəsmi heç bir şikayət və ya iddia yoxdur. Bu səbəbdən də türk iş adamları bu şəxsin məqsədinin məhz o ittihamlardan yayınmaq olduğunu bildirirlər. Eyni zamanda bu kimi hərəkətləri Türkiyə və Azərbaycan iş dünyasının etibarını hədəf alan təşəbbüs kimi qiymətləndirirlər.

/Busaat.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib