Türk partiyasının liderinə silahlı hücum oldu

Türk partiyasının liderinə silahlı hücum oldu
Bütün Xəbərlər
22:36 19.01.2013
863
Bolqarıstanın paytaxtı Sofiyada türk partiyası olan Hüquq və Azadlıq Hərəkatının lideri Əhməd Doğana qarşı silahlı hücum olub. Hadisə Əhməd Doğanın konfransda çıxışı zamanı baş verib.Gözlənilmədən konfrans zalından partiya liderinə doğru sıçrayan naməlum sui-qəsdçi silahı Doğana tərəf tutsa da, xoşbəxtlikdən silah açılmayıb. Təhlükəsizlik qüvvələri isə dərhal hücum edən şəxsə müdaxilə edərək onu zərərsizləşdiriblər.
OXŞAR XƏBƏRLƏR