Türk vəkili Suriyada öldürüldü

DÜNYA
07:56 08.08.2012
1292

Müxalifətlə birlikdə Əsəd rejiminə qarşı döyüşlərdə iştirak edən türkiyəli vəkil Osman Karahan Suriyada öldürüldü. Karahan “İnsan Hüquqlarının Mühafizəsi” dərnəyinin qurucusu və sədri olsa da, Türkiyə onu 2003-cü ildə İstanbulda sinaqoq və bankda partlayış törədən şübhəlinin vəkili kimi tanımışdı.

Qeyd edək ki, şübhəli Louai Sakka yaxalandıqdan sonra partlayışı törətmək barədə əmri “Əl Qaidə” liderlərinndən olan Eymən Zəvahirinin verdiyini etiraf etmişdi.

Bir müddət əvvəl isə vəkil Osman Karahan Azad Suriya ordusunun yardımları ilə bu ölkəyə getmiş və Əsəd rejiminə qarşı mübarizəyə qoşulmuşdu.

Vəkilin ölməsi barədə faktı onun qardaşı Səlahəddin Karahan da təsdiqləyib. Ailəsi isə onun cənazəsinin Türkiyəyə gətirilməsi üçün fəaliyyətə başlayıb.

OXŞAR XƏBƏRLƏR