Türk vətəndaşı Sevilə elçi düşdü - Canlı yayıma zəng etdi - VİDEO

Türk vətəndaşı Sevilə elçi düşdü - Canlı yayıma zəng etdi - VİDEO
MAQAZİN
15:31 24.11.2021
2433
Canlı yayımda tanınmış müğənni Sevilə elçi düşüb.

AZXEBER.COM xəbər verir ki, ARB televiziyasında yayımlanan "Həmin Zaur” verlişində türkiyəli vətəndaş telefon zəngi edərək məşhur müğənni Sevil Səfərovaya elçi düşdüyünü bildirib.

Ramazan adlı şəxs verlişə zəngli qatılaraq bildirib ki, oğlu əkiz bacılarla 2013-cü ildə Türkiyə televiziyasında yayımlanan "O Ses Türkiye” verlişinə qatılıblar.

Həmçinin o, oğlunun o gündən bu günə qədər Sevil,Sevinc bacılarını dinlədiyini, onların şəkillərini otağında asdığını söyləyib.

Ramazan oğlunun bacılardan biri olan Sevil ilə ailə həyatı qurmasını istəyib. Bu səbəbdən qatıldığı verlişin aparıcısından bu evlilik üçün vəsilə olmasını xahiş edib.

Həmin görüntüləri təqdim edirik:

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR