Türkan Turan "O"nu təqdim etdi - FOTOLAR

Türkan Turan "O"nu təqdim etdi - FOTOLAR
MƏDƏNİYYƏT
14:31 24.06.2019
7187
Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Türkan Turanın "O" adlı esselər kitabının təqdimat mərasimi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid yazar haqda xoş fikirlər söyləyib: 

"Təxminən 10 il əvvəl Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsindən 15-20 nəfərlik tələbə heyəti "525-ci qəzet"ə təcrübə keçməyə gəlmişdi. Türkanla tanışlığımın tarixçəsi də elə həmin dövrə təsadüf edir.

Gözüm həmişə fərqli düşüncəli, istedad işartıları olan, zəhmətdən, çalışmaqdan qorxmayan tələbələri, jurnalistikaya həvəsi olan gəncləri axtarıb. Bu əlamətlər Türkanda da vardı. Amma ilk günlərdən o, həm də üsyankarlığı, barışmamağı, mübahisə etməsi ilə diqqətimi cəlb etdi. Elə ilk görüş zamanı xeyli deyişməyimiz yadımda qalıb. Baş redaktorla mübahisə edəcək dərəcəsində cəsarətli idi.

Türkan sonralar müxtəlif media orqanlarında - televiziya, qəzet və saytlarda çalışdı, məndən müsahibə də götürdü. Onun ayağının ilk dəydiyi, praktika keçdiyi "525"ə və şəxsən mənə münasibəti həmişə fərqli olub və bu da çoxlarını təəccübləndirib.

 

Türkan 2018-ci ilin aprel ayından "525-ci qəzet"ə mütəmadi esselər yazır. Hər essesində də insanın hiss və duyğuları, ağrı və əzabları, müxtəlif çalarları üzə çıxır və o yazılarda elə abzaslar, elə cümlələr olur ki, içəridən aşıb-daşan hədsiz şövqü, böyük enerjini hiss edirsən. Mən həmişə fikirləşmişəm ki, Türkanda fitri yazıçılıq qabiliyyəti var və o, böyük əsərlər yazmağa qadirdir.

Türkanın esseləri maraqla qarşılanır. Bu esseləri gözləyən, öz fikirlərini bildirən xeyli insan var. Azərbaycanın tanınmış ziyalıları da Türkanın yazılarına maraq göstərirlər. Yadımdadır, Ramiz Rövşən bir neçə dəfə Türkanın esselərini bəyəndiyini bildirib və bu haqda fikirlərini onun özünə də deyib. Bu mənada, inanıram ki, bu kitab oxucular üçün də çox maraqlı olacaq".

 
Tədbirdə "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi çıxış edərək gənc yazarın esselerini bəyəndiyini deyib: "Türkan xanımı sosial şəbəkələr vasitəsilə mütəmadi izləyirəm. Onun "O" adlı kitabını da oxuyacam. Ümid edirəm ki, kitab populyarlıq qazanacaq".

 

AZXEBER.COM saytının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, Türkan Turan bu əsərləri real həyat hekayələrindən bəhrələnərək yazıb: "Türkan yaxşı yazıçı olmaqdan öncə yaxşı dinləyici. O özündən çox qarşındakını düşünən, ona çıxış yolu göstərən şəxsdir. Məhz "O" esseleri də onun dinlədiyi insanlara həsr olunub. Çox istərdim ki, bu əsəri hər bir kişi oxusun, çünki bu esseler onların həyatı haqdadır. Özümüzü "O"da tapa bilərik. Mən çox istərdim ki, Türkan kimi yazıçıların əsərləri başqa ölkələrdə də çap olunsun, orada da oxunsun".

  

Tədbirdə çıxış edən jurnalist Məqsəd Nur, yazıçı Kənan Hacı, Kəramət Böyükçöl, Şəhanə Müşfiq da yazara uğurlar arzulayıb. 

 

Sonda çıxış edən Türkan Turan ona dəstək olan şəxslərə təşəkkür edib: "Mən Rəşad Məcidə təşəkkür etmək istəyirəm. O ilk gündən etibarən mənə dəstək oldu, bu kitabın ortaya çıxmasında onun misilsiz əməyi oldu. Mən yeni roman üzərində çalışıram. Yeni romanım Türkiyədə çap olunacaq. Ümid edirəm ki, Türkiyə kitab evlərində mənim əsərlərimə də rast gələcəksiz". 

 


 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
11:02 21.10.2026
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
11:01 21.10.2026
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:56 21.10.2026
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
10:52 21.10.2026
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
10 Qazaxıstan vətəndaşı Azərbaycanda təhsil alacaq
10:52 21.10.2026
10 Qazaxıstan vətəndaşı Azərbaycanda təhsil alacaq
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
10:34 21.10.2026
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi