Türkiyə 9 şəhid verdi

Türkiyə 9 şəhid verdi
Bütün Xəbərlər
11:20 03.09.2012
882
Türkiyənin Şanlıurfa şəhərində PKK terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib. Hadisə Viranşəhər rayonunda polisin nəzarət əməliyyatı keçirməsi zamanı baş verib. Yoldan ötən şübhəli maşınlardan biri polis əməkdaşlarının dayan əmrinə tabe olmayıb və maşında olan terrorçular polislərə atəş açmağa başlayıb.Rəsmilərin verdiyi məlumata görə, atışma zamanı 3 nəfər polis və 1 nəfər mülki vətəndaş yaralanıb. Yaralı polislərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Polis qarşıdurma zamanı terrorçulardan birinin öldürüldüyünü, 2 terrorçunun isə sağ ələ keçirildiyi bildiriblər.
OXŞAR XƏBƏRLƏR