Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib

Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
SİYASƏT
20:39 28.10.2026
242
Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət və gömrük sahələrindəki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd edək ki, müzakirələr Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun bu ölkənin ticarət naziri Ömər Bolatla görüşündə aparılıb:

"Görüşdə iki qardaş ölkə arasında iqtisadiyyat, ticarət və gömrük sahələrindəki əməkdaşlığa dair məsələlər müzakirə edilib", - məlumatda bildirilib.

OXŞAR XƏBƏRLƏR