Türkiyə-Azərbaycan iş qadınları “TurkAz” platforması adı altında birləşərək yola çıxdı- FOTO

Türkiyə-Azərbaycan iş qadınları “TurkAz” platforması adı altında birləşərək yola çıxdı-  FOTO
SOSİAL
18:24 30.09.2022
325

Bu günə qədər davam edən Türkiyə Azərbaycan əlaqələrinə hər iki ölkənin iş qadınları da qoşulub.

Azərbaycanın Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Türkiyənin "TurkAz” İş Qadınları Platforması sıx əməkdaşlığa başlayıb.

Türkiyə və Azərbaycan İş Qadınlarını "TurkAz” Platforması çətiri altında birləşdirən və bu platformanın əhəmiyyətindən danışan təsisçi Yeganə Quliyeva qadınların mədəni, sosial-ticari layihələrdə qarşılıqlı əlaqələrini sürətləndirmək üçün bu işə imza atdıqlarını vurğulayıb.

Bir-birindən dəyərli iş adamları sentyabr ayının 13-də Türkiyənin İstanbul şəhərində bir araya gəliblər. İş qadınlarının bir araya gəldiyi gecədə hər iki ölkənin görkəmli şəxsləri, siyasi xadimləri və mədəniyyət nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Türkiyə və Azərbaycanın iş qadınlarının məqsədi indiyədək inkişaf etmiş və ən yüksək səviyyəyə çatmış ikitərəfli qardaşlıq münasibətlərini sürətləndirmək, eyni zamanda ölkələrin iqtisadiyyatlarına da öz töhfələrini verməkdir.

"TurkAz” Türkiyə Azərbaycan İş Qadınları Platforması müxtəlif sektorlarda çalışan qadınları da öz idarə heyətinə cəlb edərək turizmdən sənayeyə, təhsildən inşaata, kosmetikadan tekstilə qədər bir çox sahələri əhatə edib.

"TurkAz” Türkiyə Azərbaycan İş Qadınları Platformasının İdarə Heyəti;

• Yeganə Quliyeva – İdarə Heyətinin sədri / AMT Tekstil Ltd.
• Tuğçe Aydın – İdarə Heyətinin sədr müavini/ Wittour Turizm A.Ş.
• Hülya Vurğun Şahbaz – Baş Katib / Doku Art Turizm A.Ş. sahibi
• Merve Mollamehmetoğlu - İdarə Heyətinin üzvü / Butemmetal  A.Ş.
• Şems Arslan – İdarə Heyətinin üzvü / Şems Arslan Cosmetics şirkətinin rəhbəri
Esra Öztürk - İdarə Heyətinin üzvü / Bilfen okulları
• Betül Gülbahar – İdarə Heyətinin üzvü / Global Naturel Gıda San və Tic AŞ
• Aygün Əliyeva – İdarə Heyətinin üzvü / Vekil- Era360 Business Consultancy

Bildirək ki, "TurkAz” İş Qadınları Platformasının mərkəzi İstanbuldur və onun Azərbaycan tərəfdaşı İqtisadiyyat Nazirliyin tabeliyində olan AQSİA (Azərbaycan İşgüzar Qadınları Assosiasiyası) və onun prezidenti Səkinə Babayevadır. "TurkAz” platformasının təsisçi prezidenti 1981-ci il təvəllüdlü Yeganə Quliyevadır. O, 2000-ci ildən Türkiyədə yaşayır və orada ailə həyatı qurub. Biznes həyatında fəal iştirak edən sahibkar Yeganə Quliyeva iki ölkə əlaqələrinə hər zaman əhəmiyyət verərək bir çox işlər həyata keçirib. Belə ki, ilk özəl şirkəti olan "TurkAz PR” və "TurkAz” jurnalının da təsisçisi olub. O, indi də iki ölkə arasında fəaliyyətini davam etdirir və Türk Dünyası Təşkilatının Qadınlar Komitəsinin üzvüdür. 

 









OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
15:22 04.08.2026
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU
15:20 04.08.2026
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU