“Türkiyə-Azərbaycan münasibətləri bütün dövrlərdə həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb”

“Türkiyə-Azərbaycan münasibətləri bütün dövrlərdə həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb”
SİYASƏT
17:28 04.04.2015
1594
Aprelin 3-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan tanınmış media nümayəndələri ilə görüşüb.AZXEBERCOM-un məlumatına görə, AZƏRTAC xəbər verir ki, Əli Həsənov Türkiyə-Azərbaycan münasibətlərinin bütün dövrlərdə həm iki ölkə, həm də region üçün çox önəmli rol oynadığını bildirib. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də məhz Türkiyə olub.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların son durumu haqqında məlumat verən Əli Həsənov vurğulayıb ki, ölkəmiz rəsmi Ankaranın bu məsələ ilə bağlı tutduğu mövqeyi yüksək qiymətləndirir. Münaqişənin nizama salınması prosesində Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə, sülh variantına üstünlük verir. Eyni zamanda, dövlətimizin başçısı torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə olunacağını qətiyyətlə vurğulayıb.Əli Həsənov diqqətə çatdırıb ki, azərbaycanlılara qarşı dəhşətli qətliamlar və terror aktları törədən ermənilər özlərini məzlum, əzilən millət kimi göstərərək, guya, türklər tərəfindən soyqırımına məruz qaldıqları barədə cəfəng iddialarla ictimai fikir formalaşdırırlar. Son zamanlar isə onların çirkin kampaniyalarına beynəlxalq qurumların inanmadığının şahidi oluruq. Azərbaycan dünyada haqq, ədalət axtarışına çıxaraq, erməni yalanlarını ifşa etməkdədir və bu kampaniyaların gerçəkləşməsində Türkiyə hər zaman ölkəmizin yanında olub.Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrdən danışaraq bildirib ki, bu layihələr Azərbaycan, Türkiyə və digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisidir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələrdən sonra TANAP layihəsinin reallaşması ölkələrimizin regionda və dünyada nüfuzunu daha da artırıb.Görüşün sonunda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova Türkiyə Qəzetçilər Federasiyasının mükafatı təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür