Türkiyə Azərbaycandan viza rejiminin ləğvini gözləyir
Bütün Xəbərlər
19:47 16.02.2012
1600
Gürcüstan paytaxtında keçirilən üçtərəfli biznes-forumda çıxış edən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv etməsini arzuladıqlarını bildirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, nazir deyib ki, bu gün Türkiyə və Gürcüstan iş adamları yalnız kimlik (şəxsiyyət vəsiqəsi) göstərərək sərhədi keçirlər: “Ümid edirik ki, Türkiyədən Azərbaycana gedişlərimiz də beləcə asanlaşacaq”.