İki gün davam edəcək səfərdə Bəkir Bozdağın ölkə rəsmiləri ilə ikitərəfli görüşü gözlənilir
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini və millət vəkili Bəkir Bozdağ bəzi rəsmi təmaslar üçün bu gün Azərbaycana səfər edəcək. Baş nazirin müavini səfəri çərçivəsində Bakıda “Şəhidlər xiyabanı” və “Türk şəhidliyi”ni ziyarət edəcək. 13-14 mart tarixlərdə davam edəcək səfərdə Bəkir Bozdağın Milli Məclisin spikeri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, baş nazirin müavini Abid Şərifov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə görüşəcəyi gözlənilir.