Türkiyə Ermənistanla sərhədi bu yay aça bilər? – Ekspertdən açıqlama

Türkiyə Ermənistanla sərhədi bu yay aça bilər? – Ekspertdən açıqlama
SİYASƏT
17:50 11.06.2026
112
Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinq zamanı regional əlaqələrin inkişafı ilə bağlı açıqlamalar verib. Paşinyan bildirib ki, Ermənistan ərazisindən Türkiyəyə uzanan dəmir yolunun ən qısa zamanda istifadəyə veriləcəyinə ümid edirlər. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq addımlar regionda nəqliyyat imkanlarının genişlənməsinə töhfə verə bilər.

Müdafiə və xarici siyasət üzrə analitik Suat Delgen AZXEBER.COM-a açıqlamasında deyib ki, sərhədin açılması istiqamətində Türkiyə ictimaiyyətində də müəyyən gözlənti var:

"Türkiyə ilə sərhədin açılması istiqamətində Türkiyə ictimaiyyətində də müəyyən gözlənti var. Paşinyan seçkilərdə qalib gəlsə də, Konstitusiyanı dəyişmək üçün kifayət qədər səs toplaya bilmədi. Eyni zamanda Rusiyaya yaxın müxalifətin də dəstəyi təxminən 30 faizə çatıb. Bu səbəbdən Paşinyan ölkə daxilində insanlara konkret nəticələr göstərməlidir. Hesab edirəm ki, Avropa İttifaqı və ABŞ-nin dəstəyi ilə Türkiyə bu yay Ermənistanla sərhədi aça bilər. Əks halda Rusiyayönlü müxalifət bu vəziyyətdən Paşinyana qarşı istifadə edə bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR