Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendum Türkiyə mediasının diqqətindədir.
AZXEBER.COM xəbər verir ki, qardaş ölkənin İhlas Xəbər Agentliyi(İHA), "Star" qəzeti, "Öncə Vatan" qəzeti, Haber7.com xəbər portalı və bir sıra digər KİV-ləri ölkəmizdə keçiriləcək ümümxalq səsverməsindən geniş bəhs edərək, "Vətəndaş cəmiyyəti” Təşviqat Qrupunun vəkili, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə yer verib.
Fərid Şahbazlı Türkiyə mediasına açıqlamasında deyib ki, referendumun keçirilməsi müasir dövrün çağırışlarının ortaya çıxardığı bir tələbdir. Ümumiyyətlə, Konstitusiya islahatlarının aparılması bütün demokratik cəmiyyətlərə xas bir xüsusiyyətdir. O bildirib ki, Konstitusiyanın dünyada və ölkədə gedən proseslərə uyğun bir şəkildə inkişafı tam bir qanunauyğunluqdur: "Konsitutsiyaya təklif olunan dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə etməklə, olduqca mütərəqqi bir addımdır. Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabilliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən olduqca mürəkkəb proseslərin fonunda dövlətimizin milli təhlükəsizliyini qorumaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır"



