Türkiyə mətbuatı ''Xoca''dan yazır - FOTOLAR

Türkiyə mətbuatı
Bütün Xəbərlər
13:00 08.10.2012
1490
Ötən gün Türkiyənin Antalya şəhərində 49-cu Beynəlxalq "Qızıl portağal" film festivalında Vahid Mustafayevin "Xoca" filmi nümayiş etdirilib.
AZXEBER.COM-un məlumatına görə, anşlaqla nümayiş edilən film həm türk tamaşaçılarının, həm də Türkiyə mediasının böyük marağına səbəb olub.Türkiyə mətbuatının aparıcı agentlikləri və saytları Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilmiş "Xoca" filminin nümayişinə geniş yer ayırıblar. Türkiyə mediasında Xocalıda baş verən və "Xoca" filmində lentə alınan hadisələri dünya ictimaiyyətinin də görməli olduğu vurğulanıb.Xatırladaq ki, Antalyanın mərkəzindəki ən böyük kinoteatrlarından olan 300 nəfərlik "Aksin Plaza"da xüsusi nümayişlə tamaşaçılara təqdim edilən "Xoca" filmi Qarabağ münaqişəsi haqqında yaxşı məlumatlı olan türklərin böyük marağına səbəb olub. Filmə olan böyük insan axını və marağı, ayın 10-da olacaq ikinci nümayişə biletlərin indidən bitməsini nəzərə alan təşkilatçılar "Xoca"nın bu gün növbədənkənar nümayişi haqqında qərar veriblər.
OXŞAR XƏBƏRLƏR