Türkiyə məzunları Prezidenti təbrik etdi

GƏNCLİK
11:27 25.12.2018
4468
Bu gün Bakı Konqres Mərkəzində "Cümhuriyyətdən Cümhuriyyətə” devizi altında Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının birinci Bakı forumu keçirilib. Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında təhsil əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Eyni zamanda, Türkiyənin ali təhsil ocaqlarından məzun olmuş azərbaycanlıları Bakıda bir yerə toplamaq, onların arasında əməkdaşlığı genişləndirmək, eləcə də Türkiyə məzunlarının ölkəmizin ictimai həyatında və iqtisadiyyatının inkişafında rolu ilə bağlı gələcək hədəfləri müzakirə etməkdir.

Forumda Milli Məclisin deputatları, müxtəlif illərdə qardaş ölkədə təhsil almış azərbaycanlı məzunlar, Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizin qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov forumun ölkəmiz üçün əlamətdar tarixdə – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Hüseynov bildirib ki, təmsil etdiyi qurum Türkiyə məzunlarının fikirlərini, təşəbbüslərini dinləyərək onları dəstəkləyir. O, ölkəmizdə gənclərin təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.

Türkiyə məzunlarından olan Milli Məclisin deputatı Rəşad Mahmudov, Bakıdakı 246 nömrəli tam orta məktəbin direktoru Almaz Bayramova, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Pərviz Səmədov, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Kəmalə Ələkbərova və başqaları bildiriblər ki, 1992-1993-cü tədris ilindən etibarən həyata keçirilən "Böyük tələbə layihəsi” Azərbaycan ilə Türkiyə arasında əlaqələrin güclənməsinə mühüm töhfə verib.

Ümummilli lider Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Qeyd edək ki, Forum iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə təbrik məktubu unvanlayiblar. Məktubda deyilir:

– Hörmətli Cənab Prezident! Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının l Bakı Forumunun iştirakçıları adından sizi hörmət və ehtiramla salamlayırıq. Siz əsası 100 il əvvəl qoyulmuş xarici ölkələrdə təhsil ənənəsini uğurla davam etdirir, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində yüksək təhsil almasının qeydinə qalırsınız. Hörmətli Zati-aliləri, Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının l Bakı Forumunun məqsədi müxtəlif sferalarda vətənimizə layiqincə təmsil edən məzunları bir araya gətirmək, Ulu Öndərimiz Heydər Əliyevin təbirincə desək, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında mədəni əlaqələri daha da gücləndirməkdir. Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının fəaliyyəti həmişə olduğu kimi, gələcəkdə də bu ali məqsədin reallaşmasına yönələcəkdir.

Möhtərəm Cənab Prezident, ən böyük arzumuz Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının növbəti Forumunu Sizin rəhbərliyiniz altında Dağlıq Qarabağda, Xankəndində keçirməkdir. Sizin məqsədyönlü siyasətiniz bu ideyanın reallaşmasına xidmət edir.

Hörmətli Cənab Prezident, sonda doğum gününüz münasibətilə "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin üzvləri və Forum iştirakçıları adından Sizi təbrik edir, müstəqil Azərbaycanın çiçəklənməsi istiqamətində gördüyünüz işlərdə uğurlar arzulayırıq!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:23 07.07.2020

Azərbaycanda baş həkimin oğlu iki qadının ölümünə səbəb oldu

14:16 07.07.2020

Sabah 38 dərəcə isti olacaq

14:05 07.07.2020

“Zaminbank” sahibinin həbsi ilə bağlı - Rəsmi açıqlama

13:56 07.07.2020

Səhiyyə naziri: “Gürcüstanda COVID-19-un daxili yayılması qeydə alınmır”

13:28 07.07.2020

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - FOTO

13:21 07.07.2020

“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”

13:19 07.07.2020

İldırım 16 yaşlı futbolçunu belə vurdu - VİDEO

13:17 07.07.2020

305 nəqliyyat vasitəsinin icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb - RƏSMİ

12:57 07.07.2020

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

12:52 07.07.2020

Bu şəxslərin işləməsinə yenidən icazə verildi - RƏSMİ

12:39 07.07.2020

Naftalanda karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər həyata keçirilir

12:32 07.07.2020

Bakı polisi reyd keçirir - FOTO

12:12 07.07.2020

Deputat: “İşğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən məskunlaşma müharibə cinayətidir”

12:11 07.07.2020

Koronavirusla mübarizə aparan könüllü həkimlər: “Aylardı evə getmirik”

11:53 07.07.2020

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar

11:34 07.07.2020

İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA