Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycanda dinc sakinlərin yaşadığı şəhərlərə raket hücumunu qınayıb.
Bununla bağlı nazirliyin "Twitter” hesabında paylaşım edilib.
"PKK terror təşkilatı ilə əlbirlik edəcək qədər aciz davranan Ermənistan ordusu atəşkəs rejimlərini həmin an pozaraq mülki vətəndaşların qətliamına davam edir.
Azərbaycan ordusu isə cəbhədə mərd və qəhrəmancasına mübarizədə 183 yaşayış məntəqəsini işğaldan azad edib və buna davam edir”, - deyə paylaşımda bildirilib.
Terör örgütü PKK ile işbirliği yapacak kadar aciz davranan Ermenistan Ordusu, ateşkesleri anında ihlal ederek sivil katliamlara devam ediyor.#Azerbaycan Ordusu ise cephede mertçe ve kahramanca mücadeleyle 183 yerleşim yerini işgalden kurtardı, kurtarmaya devam ediyor.