Türkiyə MN: Sərhəddə əsgərin öldüyü hadisədə atəşin İrandan açıldığı ehtimal edilir

Türkiyə MN: Sərhəddə əsgərin öldüyü hadisədə atəşin İrandan açıldığı ehtimal edilir
DÜNYA
17:40 05.11.2026
47
Sərhəddə Türkiyə hərbçisinin öldüyü hadisədə atəşin İran tərəfindən açıldığı ehtimal edilir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyə-İran sərhədində baş verən və hərbçinin ölməsi ilə nəticələnən hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, oktyabrın 31-də Türkiyə-İran sərhədində qanunsuz keçidin qarşısını almaq üçün müdaxilə zamanı atəş açılıb və nəticədə əsgər Yusuf Sait Ünlü öldürülüb.

Hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması məqsədilə araşdırma başladılıb. İran tərəfinin də hadisə ilə bağlı hüquqi və inzibati araşdırma apardığı qeyd olunub.
OXŞAR XƏBƏRLƏR