Türkiyə səfirliyi Azərbaycandakı partiyaya: "Sizi qınayırıq"
Bütün Xəbərlər
14:09 27.08.2011
1774
Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycandakı siyasi partiyalardan birini qınayan münasibət açıqlayıb:“Son zamanlar bir müxalifət partiyası sədrinin Türkiyəni hədəf alan təşəbbüsləri və açıqlamaları və bu çərçivədə bəzi mətbu orqanlarda yer alan xəbərləriri təəssüf hissi ilə izləyirik. Bütün bunları, yersiz, ciddiyyətdən və səmimiyyətdən uzaq, ictimai rəyi yanlış yönləndirmə məqsədinə xidmət etdiyini hesab edirik. Millətimizin xeyrinə olmayan bir məsələdə polemikaya girmək istəmirik”.Səfirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iki ölkənin liderləri, qardaşlıq və dostluq anlayışı və ruhuyla gündəmdəki bütün mövzuları açıq, səmimi şəkildə müzakirə edirlər. “Hansısa məsələlərin mətbuat vasitəsi ilə gündəmə gətirilməsi və müzakirə olunması dövlət ənənəmizdə mövcud deyil. Qardaş və dost ölkələrin aralarında yarana biləcək məsələlərin mətbuat vasitəsi ilə gündəmə gətirilməsi xalqlarımızı narahat edir və üzür. Qardaş Azərbaycandakı millət vəkillərinə Türkiyənin millət vəkilləri kimi baxırıq. Onları tanıyır və siyasi həyatlarını bilirik. Millətimizə səmimi olaraq xidmət edən, iki ölkə arasındakı münasibətlərin inkişafına və iki ölkə xalqları arasındakı qardaşlıq və həmrəylik bağlarının güclənməsinə öz töhfəsini verən məsuliyyət sahibi millət vəkillərinə təşəkkürümüzü bildiririk.Türkiyə, Azərbaycan yenidən müstəqillik əldə etdiyi gündən indiyə qədər Azərbaycanın inkişafı, güclənməsi üçün əlindən gələni əsirgəməyib, problemlərini öz problemləri hesab edib, bunların həlli üçün hər platformada yanında olub.Məsələləri qarışdıraraq və öz nöqteyi-nəzərindən yorumlayaraq, Türkiyədəki qardaş xalqın PKK terrorundan çəkdiyi acıların diqqətə alınmamasını və buna laqeyd münasibət göstərilməsini qınayırıq. Türkiyənin Ermənistan ilə diplomatik münasibətləri yoxdur. İki ölkə arasındakı sərhəd qapısı 18 ildir qapalıdır. Bu səbəbdən Türkiyənin bu ölkə ilə rəsmi ticarət əlaqələri mövcud deyil.Türkiyənin 18 ildir yeritdiyi Dağlıq Qarabağ siyasəti və liderlərimizin Türk və beynəlxalq ictimaiyyəti üçün verdiyi açıqlamalar ortadadır. Ən son Baş Nazirimizin keçən ay Azərbaycana etdiyi səfərdə Bakıda verdiyi açıqlamalar hafizələrdən silinməyib. İki ölkə arasındakı qardaşlıq, dostluq və həmrəylik münasibətlərinə zidd olan bu cür təşəbbüslər, açıqlamalar Azərbaycanın Umummilli Lideri Heydər Əliyevin “Bir Millət İki Dövlət” kəlamına uyğun gəlmir.Türk Hökümətləri və Xalqı, Ulu Öndər Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamına əsaslanaraq hərəkət edir".