Türkiyə səfirliyinin rəsmi nümayəndəsi Sezen Aksunu ittiham etdi

Türkiyə səfirliyinin rəsmi nümayəndəsi Sezen Aksunu ittiham etdi
Bütün Xəbərlər
20:56 15.03.2012
1417
“Sarı gəlin” erməni mahnısı deyil, bu barədə iddialar əsassızdır. Bu mahnı türk millətinin qədimdən gələn ənənələrinin ifadəsidir." Bu sözləri 2 ay əvvəl Bakıda müşavir kimi fəaliyyətə başlamış Türkiyənin Azərbaycandakı səfirliyinin kültür və tanıtma müşaviri Seyid Əhməd Arslan yerli jurnalistlərlə görüşündə Sezen Aksunun Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i erməni dilində ifa edəcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.Yeni müşavirlə tanışlıq səfirliyin təşkil etdiyi "Türkiyənin Turizmdəki Başarı Öyküsü" adlı ziyafət zamanı baş tutub. Bu vəzifəyə 3 illik müddətə təyin edilən Əhməd Arslan qeyd edib ki, bu müddətdə hər iki ölkənin mədəni dəyərlərini bir-birinə tanıtmaq, həm də dünyanın diqqətini turizm potensialına yönəltmək üçün bir çox layihələrə imza atılacaq.Türkiyənin turizm sahəsində getdikcə inkişaf etdiyi deyən Ə.Arslan bildirib ki, bu sahədə dünya ölkələri arasında Türkiyə 7-ci yerdədir. O, 2011-ci ildə Türkiyəyə 31 milyon 500 min turistin gəldiyini bildirib: “Türkiyənin təcrübəsini Azərbaycanla hər zaman paylaşmağa hazırıq. Ötən il Azərbaycandan Türkiyəyə 578 min turist gedib. Bu rəqəm çox azdır. Mən 700 mindən çox azərbaycanlı turistin getməsini arzulayıram”.Builki layihələr barədə danışan Ə.Arslan qeyd edib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan mədəniyyət günləri” layihəsi həyata keçiriləcək: “Biz də Bakıda film, türk mətbəxini tanıtma günlərinin həyata keçirilməsini nəzərdə tutmuşuq. Həmçinin, azərbaycanlı jurnalistlərin Türkiyəyə göndərilməsi, ölkənin tarixi və turizm obyektlərinin tanıdılması da planlaşdırılıb”."Türkiyənin Turizmdəki Başarı Öyküsü" adlı tədbirdə THTDC Danışma Kurulu Başkanı və Başbakanlık Müşaviri Hamdi Şengel, Afyon Kocatepe Universiteti rektoru, professor doktor Mustafa Solak, Başkent Universiteti xəstəxanalar qrupunun doktoru Cevahir Haberal, Qazi Universiteti stomatoloji fakültəsinin doktoru Gülfem Engin, Koru klinikasının təmsilçisi edən Sinan Karakuş, Marm Asistanın təmsilçisi doktor Oraj Ulaşan, THTDC Türkiyə Sağlamlıq Turizmin İnkişafı İttifaqının rəhbəri Emin Çakmak, Azərbaycan rəsmiləri və ziyalıları qatılmışdı.Tədbir Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva və türk sənətçisi Oya Ergünün iştirakı ilə musiqili ziyafətlə davam etdirilib.
Ans Press
OXŞAR XƏBƏRLƏR