Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəldi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəldi
Bütün Xəbərlər
00:58 07.02.2012
1319
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, general N. Özəlin təyyarəsi yerli vaxtla saat 18:00-da Bakıya enib.Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində N. Özəlin Azərbaycanda bir sıra görüşləri planlaşdırılır. Səfər fevralın 9-dək davam edəcək.N. Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 7-də Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, həmçinin Müdafiə Nazirliyində olacaq.Səfər çərçivəsində N. Özəlin Azərbaycanın hərbi qurumlarının rəhbərləri ilə, həmçinin Azərbaycan prezidenti və baş naziri ilə görüşləri planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR