Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin güc strukturları əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin güc strukturları əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək
SİYASƏT
18:09 15.06.2021
600
"Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqi də xüsusi yer tutur.

"Report” xəbər verir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Şuşa Bəyannaməsində silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır.

Buraya həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
09:30 10.10.2026
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
Tokayev Qazaxıstan ordusunun Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandan təyin edib
09:25 10.10.2026
Tokayev Qazaxıstan ordusunun Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandan təyin edib
Yollarda duman var - Sürücülərin nəzərinə!
09:20 10.10.2026
Yollarda duman var - Sürücülərin nəzərinə!
Masazırda 4 avtomobil yanıb
09:15 10.10.2026
Masazırda 4 avtomobil yanıb
“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
09:08 10.10.2026
“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
09:00 10.10.2026
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
08:52 10.10.2026
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
08:45 10.10.2026
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
08:40 10.10.2026
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
08:35 10.10.2026
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
08:30 10.10.2026
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
08:23 10.10.2026
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib