Türkiyə vətəndaşı Azərbaycanda bədbəxt hadisə nəticəsində ölüb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, iyulun 11-də Xırdalan şəhərinin ərazisindəki avtomobillərin təmiri sexinin həyətində, orada usta işləyən Türkiyə vətəndaşı Ali Əkbər Kayan oğlu yük avtomaşınını təmir edərkən qaldırıcı qurğu sınıb. Nəticədə avtomaşın onun üstünə düşüb. Nəticədə Ali Əkbər Kayan oğlu aldığı xəsarətdən ölüb.