Bakıda ağır yol qəzası baş verib.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dekabr ayının 1-də saat 4 radələrində Xətai rayonu Gəncə prospektində qeydə alınıb. Türkiyə vətəndaşı Emin Aka Mustafa idarə etdiyi “VAZ-2109” markalı avtomobili yolun kənarında dayanan Lənkəran rayon sakini Mirşahin Kazımova məxsus “Mercedes” markalı avtomobilə vurub.
Nəticədə E.A.Mustafaaldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.(APA)