Türkiyə vətəndaşı Qusarda ölümlə nəticələnən qəza törətdi

Türkiyə vətəndaşı Qusarda ölümlə nəticələnən qəza törətdi
Bütün Xəbərlər
15:12 08.11.2012
874
Bu gecə saat 00:10 radələrində Qusar rayonunda Türkiyə vətəndaşı ölümlə nəticələnən yol qəzası törədib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Aladaş kəndi ərazisində Türkiyə vətəndaşı Gökalp Ergün Cumali idarə etdiyi “VAZ-2121” markalı avtomaşınla yolu keçən Akif Qafarovu və Minbala Qafarovu vurub.Qəza nəticəsində M.Qafarov hadisə yerində ölüb, xəsarət alan A.Qafarov isə xəstəxanaya yerləşdirilib.Qusar RPŞ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR