Türkiyədə 66 azərbaycanlı həbsdədi

Türkiyədə 66 azərbaycanlı həbsdədi
Bütün Xəbərlər
17:18 31.08.2011
1598

Türkiyə həbsxanalarında cəza çəkən əcnəbi məhkumların sayı açıqlanıb.

AZXEBER.COM-un Trend-ə istinadən verdiyi xəbərə görə, barədə Türkiyənin Ədliyyə Nazirliyi xəbər yayıb.

Məlumata görə, Türkiyə həbsxanalarında 105 ölkədən 2216 əcnəbi məhkum cəza çəkir. İran məhkumların sayına görə bu siyahıya başçılıq edir. Türkiyə həbsxanalarında 462 nəfər İran, 268 nəfər Türkmənistan, 132 nəfər Gürcüstan, 109 nəfər Suriya vətəndaşı saxlanılır.

İlk onluğa Nigeriya (99 nəfər), Bolqarıstan (96 nəfər), Rumuniya (65 nəfər), Əfqanıstan (61 nəfər) və İraq (41 nəfər) daxildir.

Azərbaycan bu siyahıda 66 nəfər təşkil etməklə 7-ci sırada yer tutub.

Türkiyə həbsxanalarında ən az məhkumu olan ölkələr sırasında İsrail, İsveç, Slovakiya, Uqanda, Yeni Zellandiya və digərləri qərarlaşıb.

Əcnəbi məhkumlardan 79-u isə vətəndaşlığı olmayan şəxslərdir.

OXŞAR XƏBƏRLƏR