Türkiyədə 80 nəfər qidadan zəhərlənib

Türkiyədə 80 nəfər qidadan zəhərlənib
DÜNYA
23:59 13.10.2026
201
Türkiyənin İzmir vilayətində 80 nəfər qidadan zəhərlənib.

Bu barədə "Report" DHA-ya istinadən xəbər verir.

İlkin məlumata görə, iaşə şirkətinin müxtəlif müəssisələrə payladığı yeməkləri qəbul edən işçilər bir müddət sonra ürəkbulanma və qusma şikayətləri ilə özlərini pis hiss ediblər.

Zəhərlənən şəxslər ətrafdakı xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR