Türkiyədə 9 aylıq körpəyə təcavüz edən şəxs tutuldu

SOSİAL
10:45 25.08.2016
9713
Hər kəsi dəhşətə salan hadisə avqustun 20-də Türkiyənin Qaziantep şəhərində baş verib. Tarlada çalışan suriyalı ailənin qurduqları çadırda yatan 9 aylıq qız uşağına təcavüz edilib.
18 yaşlı çoban S.D. təcavüzdə təqsirləndirilən şəxs olaraq həbs olunub.
Çadıra gedən ana uşağın paltarında qan görüb və dərhal yoldaşına xəbər verib. Ailə körpəni dərhal İslahiye Dövlət Xəstəxanasına aparıb. Burada aparılan müayinə nəticəsində 9 aylıq uşağın təcavüzə uğradığı məlum olub. 9 aylıq körpə 5 gün sonra daxili qanaxma səbəbindən həyatını itirib.
OXŞAR XƏBƏRLƏR