Türkiyədə avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

Türkiyədə avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var
DÜNYA
12:03 05.02.2020
4223
Türkiyənin Ərzurum şəhərində magistral yolda avtobus aşıb. Qəza nəticəsində bir nəfər həlak olub, 12 nəfər yaralanıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, qəza yerli vaxtla 08:00 radələrində baş verib. Avtobus Xorasan rayonundan Ərzurum şəhərinə  yollanırmış. Lakin magistral yolun buz bağlamasına görə ictimai nəqliyyat sürücü R.T.-nin idarəetməsindən çıxıb və aşıb. 

Hadisə yerinə çoxlu sayda tibb işçiləri cəlb olunub. Qəza ilə bağlı istintaqa başlanılıb.
 

OXŞAR XƏBƏRLƏR