Türkiyədə bir gündə koronavirusdan 59 nəfər ölüb

Türkiyədə bir gündə koronavirusdan 59 nəfər ölüb
DÜNYA
21:54 05.05.2020
1437
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha  59 nəfər ölüb.

AZXEBER.COM-un xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 33283 şübhəli koronavirus testindən keçib, onlardan 1832-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3520 nəfər ölüb, 129491  nəfər bu infeksiyaya yoluxub, 73285 nəfəri isə müalicə olunub. Bu gün 5119 xəstə evə buraxılıb.
OXŞAR XƏBƏRLƏR