Türkiyədə çevirilişə cəhd günü Çavuşoğlu Kəmaləddin Heydərova niyə zəng vurdu?

Türkiyədə çevirilişə cəhd günü Çavuşoğlu Kəmaləddin Heydərova niyə zəng vurdu?
SOSİAL
15:23 10.01.2017
15203

FETÖ terror təşkilatının Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun telefonla əlaqə saxladığı ilk şəxslərdən biri Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov olub.


Bu barədə Türkiyənin dövlət informasiya agentliyi Anadolu Ajans (AA) məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, AA-ın müxbirinin diplomatik qaynaqlardan əldə etdiyi məlumata görə FETÖ terror təşkilatının müdhiş çevriliş cəhdi başladıqdan həmən sonra 24 saat ərzində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 35 diplomatik şəxslə telefon əlaqəsi saxlayıb. Bir çox ölkələrin xarici işlər nazirləri ilə təmasa keçən Mövlud Çavuşoğlu onları baş verən hadisələrlə bağlı məlumatlandırıb. Çavuşoğlunun telefon əlaqəsi saxladığı xarici işlər nazirlərindən biri də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov olub. 

Maraqlıdır ki, Mövlud Çavuşoğlunun əlaqə saxladığı 35 şəxsin arasında xarici işlər naziri olmayan yeganə şəxs Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub. Qeyd edək ki, Türkiyənin Xarici İşlər nazirinin Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu çevrilişə cəhdin ilk saatlarında araması da diqqət çəkir. Çavuşoğlunun Kəmaləddin Heydərovla nələri müzakirə etməsi ilə bağlı isə heç bir məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl , Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə mətbuatına verdiyi açıqlamasında bildirmişdi ki, rus qırıcı təyyarəsinin vurulmasından sonra böhran səviyyəsində olan Türkiyə-Rusiya münasibətlərinin yenidən normallaşması və daha sağlam təməllər üzərində oturulması üçün Kəmaləddin Heydərov vasitəçilik edib. Qeyd edək ki, Çavuşoğlunun bu açıqlamsı Kəmaləddin Heydərovun xarici siyasətdə və beynəlxalq arenada ciddi bir fiqur kimi çıxış etdiyinin göstəricisi kimi qəbul olunmuşdu. (Pia.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc