Türkiyədə dağıntılar altından çıxarılan Gülşən və Jalə Cəfərova bacıları Azərbaycana gətiriləcəklər

Türkiyədə dağıntılar altından çıxarılan Gülşən və Jalə Cəfərova bacıları Azərbaycana gətiriləcəklər
SOSİAL
15:00 07.02.2023
209
Türkiyənin cənubundakı Kahramanmaraş vilayətində baş verən zəlzələdə zərər çəkən Gülşən və Jalə Cəfərova bacıları yaxın vaxtlarda Azərbaycana təxliyə olunacaqlar.

Bu barədə Media.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva məlumat verib.

"Hələlik Cəfərova bacılarının vətənə təxliyəsinin dəqiq vaxtını söyləmək çətindir. Hər şey onların sağlamlıq vəziyyətindən asılı olacaq”, – deyə səfirliyin nümayəndəsi bildirib.

Yeri gəlmişkən, zəlzələnin baş verdiyi Kahramanmaraşda 50-dən çox azərbaycanlı tələbənin olduğu bildirilir. Ümumilikdə isə Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır.

Aygün Qocayeva bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb və bu xətt vasitəsilə zərər çəkmiş Azərbaycan vətəndaşlarının yaxınları doğmalarının vəziyyəti ilə bağlı məlumat ala bilərlər.

"Qaynar xətt günün 24 saatı açıqdır. Bizə çoxlu zənglər daxil olur. Hər kəsə cavab verməyə çalışırıq ki, heç kim məlumatsız qalmasın. Qeyd edək ki, bizə azərbaycanlıların axtarışı ilə maraqlanan və onların taleyindən narahat olan Türkiyə vətəndaşları da zəng edirlər. Onlar da səfirliyə öz yardımlarını təklif edirlər”, - Aygün Qocayeva əlavə edib.

Məlumat üçün qeyd edək ki, ötən gün Türkiyənin bir sıra şəhərlərində baş verən dağıdıcı zəlzələdən sonra xilasedicilər Kahramanmaraşda Azərbaycandan olan iki tələbə bacını dağıntılar altından çıxarıblar. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilən Gülşən və Jalə Cəfərova bacıları xəstəxanaya yerləşdirilmişdilər.

Xatırladaq ki, 6 fevral tarixində Türkiyə ərazisində 7,7 maqnitudalı zəlzələ olub. Bildirilir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində, 7 km dərinlikdə olub. Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılar var.

Son məlumatlara görə, zəlzələ nəticəsində 3 432 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan