Türkiyədə Dağlıq Qarabağla bağlı mühüm qərar qəbul olundu - FOTOLAR

Türkiyədə Dağlıq Qarabağla bağlı mühüm qərar qəbul olundu - FOTOLAR
Bütün Xəbərlər
08:09 07.01.2013
1811

Türkiyə Gənclik Konfederasiyasına daxil olan İstanbul Gənclik Federasiyası(İGF) yanvar ayının 5-də Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi ilə bağlı mühüm sənəd qəbul edib. Bu barədə məlumatı hazırda İstanbulda gənclərdən ibarət nümayəndə heyəti ilə səfərdə olan “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı verib. Onun sözlərinə görə, ötən gün “İslahatçı Gənclər”in nümayəndə heyəti ilə İGF-nin rəhbərliyi arasında görüş baş tutub. Görüşdə İGF başqanı Alpay Gürel Azərbaycan həqiqətlərinə dəstək ifadə edən sənədi İGİB sədri Fərid Şahbazlıya təqdim edib.

Sənəddə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı qəsəbəsində erməni silahlı qüvvələri tərəfindən insanlığa qarşı cinayət törədildiyi və İGF-nin bunu soyqrım kimi qəbul etdiyi vurğulanır. Qeyd olunur ki, İstanbul Gənclik Federasiyası Azərbaycan Respublikasının beynəlxalq qanunlarla tənzimlənən ərazi bütövlüyü dəstəkləyir və Ermənistanın işğal siyasətini qınayır. Federasiya Azərbaycanın işğal altındakı torpaqlarının tam və qeyri-şərtsiz boşaldılmasını və Ermənistanın BMT Təhlükəsizlik Şurasının bununla bağlı qərarlarını yerinə yetirməyi tələb edir.

Sənəddə İGF-nin Azərbaycanın Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı göstərdiyi səyləri tam dəstəklədiyi və daima ölkəmizin yanında olduğu əksini tapır. Federasiya eyni zamanda, Azərbaycan prezidenti cənab İlham Əliyevin Krans Montana Forumunun açılışında verdiyi “Azərbaycan öz torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək” bəyanatını tamamilə dəstəkləyir.

Qeyd edək ki, Türkiyə Gənclik Konfederasiyasının Şimali Kipr Türk Cumhuriyyəti də daxil olmaqla Türkiyənin yeddi bölgəsində təmsilçiliyi var və qurumda müxtəlif gənclər dərnəkləri təmsil olunur. Konfederasiyaya daxil olan İstanbul Gənclik Federasiyası isə Türkiyənin ən nüfuzlu və strukturlaşmış gənclər qurumudur. Federasiyanın səkkiz bölgədə və dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev