Türkiyədə ƏMƏLİYYAT: 181 nəfər həbs edildi

Türkiyədə ƏMƏLİYYAT: 181 nəfər həbs edildi
DÜNYA
11:17 23.06.2025
252
Türkiyədə son bir ayda 47 vilayətdə keçirilən əməliyyatlarda 2 min 27 vətəndaşı aldadan 307 nəfər saxlanılıb, onlardan 181-i həbs edilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.

Şübhəlilər özlərini dövlət qulluqçusu, vəkil, bank işçisi kimi təqdim edərək, iş vədi, yardım kampaniyaları və saxta internet satışları ilə insanları aldadıblar.

MASAK məlumatlarına görə, şübhəlilərin hesablarında 2 milyard 799 milyon TL-lik əməliyyat müəyyən edilib.

Nazir, əməliyyatlarda iştirak edən qurumlara təşəkkür edib və mübarizənin davam edəcəyini vurğulayıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR