Türkiyədə Ermənistan əleyhinə etiraz aksiyası keçirilib - VİDEO

Türkiyədə Ermənistan əleyhinə etiraz aksiyası keçirilib - VİDEO
Bütün Xəbərlər
13:07 22.04.2013
902
Türkiyənin İqdır rayonunda beynəlxalq əsassız erməni iddiaları ilə Mübarizə Dərnəyi Mərkəzi və Beynəlxalq Diaspora mərkəzinin təşkilatçılığı ilə 1915-1918-ci illərdə ermənilərin Türk millətini hədəf alan qətliamlarına qarşı etiraz aksiyası keçirilib. Ermənistanla Əlican sərhəd zolağı yaxınlığında baş tutan aksiyaya 5 mindən çox fəal qatılıb.1915-1918-ci illərdə erməni vandalları tərəfindən törədilən qırğınlara dünyanın diqqətini çəkmək üçün İqdıra toplaşan Azərbaycan dərnəkləri və Bakıdan mitinqə qatılan QHT təmsilçiləri mitinqə həmin şəhərdə yerləşən “Qılınclar” abidəsinə qərənfil qoyub, dualar oxumaqla başlayıblar.Daha sonra buradan Əlican sərhəd keçid məntəqəsinə doğru yürüş olub. Mitinqdə çıxış edən Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev ermənilərə sərt şəkildə ismarış göndərib.Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev: “Rusların, amerikalıların və fransızların əlində oyuncaq olmayın. Sizlər, əsla müsəlmanın dostu olmamısınız. Burada törətdiyiniz qətliamların hesabını verəcəksiniz. Bilin ki, bir gün rusların qucağından düşəcəksiniz. Hədəfimiz Qarabaği azad etdikdən sonra İrəvani almaq olacaq. Biz İrəvanın əsil sahibi kimi bu torpaqlari sizə 100 illik kirəyə vermişik. Artıq o zaman da yetişib. İrəvan torpaqları bizimdir və bizim olaraq qalacaq”.İzdihamla keçən mitinqin sonunda Ermənistan prezidenti Serj Sarkisyanın maketi yandırılıb.
OXŞAR XƏBƏRLƏR